1 – Qeydiyyat
1.1. – Qeydiyyat 13 yaşından yuxarı hər kəsə açıqdır.
1.2. – İştirakçı qeydiyyat formasındakı vacib bölmələri düzgün doldurmalıdır.
1.3. – İştirakçı ilə bağlı sual yarandığı təqdirdə Təşkilat Komitəsi tərəfindən həmin şəxs(lər)lə əlaqə saxlanılacaq.
1.4. – İstifadəçi məlumatları təşkilatçılar tərəfindən gizli saxlanılacaqdır.
1.5. - Qeydiyyatdan iştirakçılar fərdi və maksimum 3 nəfərdən ibarət komanda şəklində keçə bilər.
1.6. - Bir iştirakçı bir neçə komandada ola bilməz
1.7. – Qeydiyyat 1 Noyabr 2017 00:00:01-də başlayıb – 17 Noyabr 2017 23:59:59-da başa çatır. Daha sonra göndərilən ərizə və şikayətlər qəbul edilməyəcək.
2 – İştirakçı seçimi
2.1. – Qeydiyyatdan keçmiş komandalar (1-3 nəfərdən ibarət) seçim mərhələsinə buraxılırlar.
2.2. – Seçim mərhələsində iştirakçılar, proqramlaşdırma biliyinə və yarışmanın formatına uyğun olaraq təşkilatçılar tərəfindən seçiləcək.
2.3. – Seçim mərhələsi başa çatdıqdan sonra, nəticə iştirakçıların qeyd etdikləri əlaqə vasitələri (e-poçt və ya telefon zəngi) ilə bildiriləcək.
3 – Təlimlər
3.1. – Təlimlər ödənişsizdir.
3.2. – Təlimlər iştirakçıların qeyd olunmuş mövzuda biliklərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilir.
3.3. – Təlim mövzuları və təlimçilər barədə məlumat təşkilatçılar tərəfindən əvvəlcədən veriləcək.
3.4. – Təlimlərin keçiriləcəyi yer və zamanı barədə məlumat iştirakçılara əvvəlcədən bildiriləcək.
3.5. – Təlimlərdə iştirak məcburi deyil.
4 – Yarışma
4.1. – Yarışmada 1 və maksimum 3 nəfərdən ibarət komandalar iştirak edir.
4.2 – Yarışmada iştirakçı komandalar proqram kodunu özləri yazmalıdır!
4.2.1. – Açıq Qaynaq (Open Source) kitabxanalarından (library) istifadə oluna bilər.
4.2.2. – Kodlara şərhlərin əlavə olması arzu olunandır.
4.3. – Yarışda iştirak edərkən hazırlanan tətbiqlərin yarışma başa çatmadan hər hansı App Marketə yerləşdirilməsi qadağandır.
4.4. – Yarışmaya mövcud olan tətbiqlərlə qatılmaq olmaz!
4.5. – Yarış vaxtı yazılan tətbiqlərin əvvəlində Sponsor və Təşkilatçıların (Idrak Texnoloji Transfer – Baş sponsor; Təşkilatçı İlk addımlar) loqosunun qoyulması vacibdir. Ehtiyac olarsa, təlimçilər bu barədə köməklik göstərəcəklər.
4.6. – Yarışmadan sonra tətbiqin müəllifi, onun digər versiyalarında istədiyi düzəlişləri edə, logoları yığışdıra və ya Market-də yerləşdirə bilər.
4.7. – Yarışma müddətində yazılacaq tətbiqlərın səlahiyyətləri Hackathon Azərbaycana aiddir. Müəllif hüquqları isə onu yazan proqramçıya məxsusdur.
4.8. – Hackathon Azerbaijan yarışmaçılar tərəfindən yazılan tətbiqləri yalnız hackathonazerbaijan.org saytında yayımlaya bilər. Market-də yayımlamaq hüququ yalnız müəllifə məxsusdur (Yarışmadan sonra).
4.9. – İştirakçı hər bir janr üzrə yalnız bir lahiyə ilə yarışa bilər (Janrların siyahısı ilə aşağıda tanış ola bilərsiz).
4.9.1. Janrlar:
● Fəaliyyət (Action)
● Fəaliyyət macəra (Action-adventure)
● Macəra, Sərgüzəşt (Adventure)
● Rol oynayan (Role-playing)
● Simulyasiya (Simulation)
● Strategiya (Strategy)
● İdman (Sports)
● Digər fərqli janrlar
4.10. – Müsabiqəyə ən azı 1 lahiyəsi olan iştirakçılar buraxılacaq.
4.11. – Məzmunu Azərbaycan Respublikası qanunvericiliyinə zidd olan tətbiqlər yarışmaya qəbul olunmayacaq.
4.12. – Yarışma zamanı tətbiqə reklam və digər kommersiya məqsədli əlavələr daxil edilməməlidir.
4.13. – Təhlükəsizlik qaydalarına zidd olan, cihazlara və şəxsi məlumatlara zərər vuracaq tətbiqlərin iştirakına icazə verilmir.
5 – Qalib seçimi
5.1. – Seçim bütün janrlar üzrə təqdim edilmiş tətbiqlər arasında ümumi aparılır.
5.2. – Yazılmış oyunlar aşağıdakı seçim kriteriyalarının göstəricilərinə uyğun dəyərləndiləcək:
● İnnovasiyalılıq - İdeyanın unikallığı
● Fan - Oyunu oynamaq nə qədər maraqlıdır
● Mövzu - Oyunun iştirakçılarının mövzuya aidiyyatlılığı (Dizayner, proqramçı və s)
● Qrafika - Vizual stil və effektlər
● Audio - Səsləndirmə və oyundakı səslər
● Yumor - Gülməli dialoqlar, səslər, personajlar və s.
● Əhval - Oyun vaxtı əldə edilən emosiyalar, süjet, tarixi
● Ümumi - Oyun haqqında ümumi təəsüratlar
● Təqdimat
6 – Fors major
6.1. – Təşkilatçılardan asılı olmayan hər hansı səbəbdən yarışın vaxtı dəyişdirilə bilər.
7 – Yekun
7.1. – Müsabiqədə (yarışda) qeydiyyatdan keçən iştirakçılar yuxarıda qeyd olunan bütün qaydaları qəbul etmiş olurlar.
7.2 – Qaydaları pozan iştirakçılar yarışmadan kənarlaşdırılacaq.
7.3. – Təşkilatçılar qaydalarda istədikləri vaxtı dəyişikliklər edilə bilərlər.